Sabiq prezident vəfat ETDİ

El Salvadorun keçmiş prezidenti Karlos Maurisio Funes Kartagena 64 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə "El 19" kanalı məlumat yayıb.
O, 2016-cı ildən ailəsi ilə birlikdə siyasi sığınacaq aldığı Nikaraquada yaşayırdı.
Siyasətçinin ölümünü Nikaraqua Səhiyyə Nazirliyi açıqlayıb. "Ölkəmizdə yaşayan El Salvadorun keçmiş prezidenti Karlos Maurisio Funes Kartagena yanvarın 21-də axşam saatlarında ağır xroniki xəstəlik nəticəsində vəfat edib", - nazirliyin press-relizində deyilir.
Maurisio Funes 2009-2014-cü illərdə El Salvadorun prezidenti olub. 2016-cı ildə o, 420 min dollar pulu yumaqda ittiham olunurdu. Daha sonra eks-prezident Nikaraquadan siyasi sığınacaq alıb və ölkəni tərk edib. 2023-cü ildə El Salvador məhkəməsi siyasətçini qiyabi olaraq 14 il həbs cəzasına məhkum edib.