Bu ölkə eynicinsli nikahları LEQALLAŞDIRDI

 09:50 23.01.2025     99

Cənub-Şərqi Asiyada belə birliklərin mümkünlüyünü tanıyan ilk ştat olan Taylandda eynicinslilərin nikahını qanuniləşdirən qanun qüvvəyə minib.

Redaktor.az xəbər verir ki, qanunvericiliyə dəyişiklik edən müvafiq kral fərmanı 2024-cü ilin sentyabrında dərc edilib və rəsmi olaraq yanvarın 23-də yəni bu gün qüvvəyə minib.

Bu qanun mülki məcəllənin həm nikah, həm də onun pozulması, habelə ər-arvadın ümumi əmlakına sahiblik və sərəncam vermə məsələlərini tənzimləyən maddələrinə aid bir sıra dəyişiklikləri nəzərdə tutur. Dəyişikliklər nəticəsində qüvvədə olan normativ aktın mətnindəki “kişi” və “qadın” sözləri “bir tərəf” və “digər tərəf” kimi düzəliş edilib.

Qeyd edək ki, monarxiya idarəetmə sisteminə malik ölkə Cənub-Şərqi Asiyada bu cür dəyişiklikləri qəbul edən ilk ölkə olub.

Türkan İSGƏNDƏRLİ