Cənubi Koreya Prezidenti ilə bağlı təhqiqat başa ÇATDI

 09:57 23.01.2025     96

Cənubi Koreyanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ölkə prezidenti Yoon Seok-yeol haqqında araşdırmanı başa çatdırıb və prokurorlardan onu qiyamda ittiham etməyi xahiş edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Ona qarşı ittiham irəli sürülməsi barədə qərar verməli olan prokurorluq indiyədək toplanmış materialları hərtərəfli araşdırıb. Lazım gələrsə, bu işdə həqiqətin üzə çıxarılması üçün əlavə araşdırmalar aparsa, daha səmərəli olar”, - deyə departamentdən Li Jae-Sung bildirib.

Qeyd olunur ki, siyasətçi hərbi vəziyyətin tətbiqində onun rolu ilə bağlı istintaq qrupunun suallarını cavablandırmaqdan yayınıb və hərbi vəziyyətin tətbiqi onun konstitusiya səlahiyyətlərinə aid olduğundan istintaqın əsaslılığını şübhə altına alıb.

Türkan İSGƏNDƏRLİ