Tramp onu qoruyan zabitə yüksək vəzifə VERDİ

ABŞ prezidenti Donald Tramp Məxfi Xidmətə yeni rəhbər təyin edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində məlumat yayıb.
Sözügedən vəzifəyə Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qoruyan Şon Karran təyin edilib.
Onun sözlərinə görə, Karran hüquq-mühafizə orqanlarında 23 illik iş təcrübəsinə malikdir - o, 2001-ci ildə ABŞ Məxfi Xidmətində işə başlayıb.
Xatırladaq ki, 2024-cü il iyulun 13-də Batlerdə seçki mitinqi zamanı Trampa atəş açılıb. O, yüngül yaralanıb, qulağı zədələnib. Atəş açan şəxs Məxfi Xidmət əməkdaşları tərəfindən öldürülüb. Sui-qəsd cəhdindən sonra Kimberli Çitl xidmətin direktoru vəzifəsindən istefa verib, onu müvəqqəti olaraq Ronald Rou əvəz edib.