Tramp ABŞ, Rusiya və Çinin nüvə arsenalını azaldacağını bildirdi
Amerika Prezidenti Donald Tramp Rusiya, ABŞ və Çinin nüvə arsenallarını azaltmaq istəyir və bunun üçün yaxşı şansın olduğuna inanır.
Redaktor.az xəbər verir ki, o, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışarkən deyib.
“Biz nüvə arsenallarının azaldılmasını istərdik", - deyən Tramp qeyd edib ki, keçmişdə Rusiya dövlət başçısı Vladimir Putinlə “iki ölkənin nüvə arsenalının azaldılması”nı müzakirə edib. "Və Çin də razılaşacaq" - ABŞ lideri deyib.
"Beləliklə, biz nüvə arsenallarını azalda biləcəyimizi görmək istəyirik. Məncə, bu, tamamilə mümkündür", - Tramp əlavə edib.
Turan İSMAYIL