Ukraynadakı münaqişənin həlli tamamilə Rusiyadan asılıdır - ABŞ Prezidenti
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinin indi tamamilə Moskvadan asılı olduğunu və Kiyevin buna hazır olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bunu Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən deyib.
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tez bir zamanda görüşməyə və Ukraynadakı münaqişəyə son qoymağa ümid etdiyini qeyd edib.
“Bir məsələ çox vacibdir. Mən qısa zamanda Prezident Putinlə görüşmək və bu müharibəyə son qoymaq imkanı əldə etmək istərdim”, - dövlət başçısı vurğulayıb.