ÜST Gürcüstanı malyariyadan azad ölkə kimi TANIDI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir əsrə yaxın problemlə mübarizə apardıqdan sonra Gürcüstanın malyariyadan azad ölkə hesab edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında “Bu gün biz Gürcüstan xalqını malyariyanı aradan qaldırmaq üçün onilliklər ərzində diqqət mərkəzində saxlanılan və davamlı fəaliyyətə görə təbrik edirik”, - deyib.
Hesabatda vurğulanır ki, böyük səylərdən sonra ÜST Gürcüstanı malyariyadan azad ölkə kimi sertifikatlaşdırıb.