ABŞ tankerləri istiqamətini Avropaya dəyişdi
ABŞ-dən Asiya və Cənubi Amerikaya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerlər istiqamətini dəyişərək Avropa limanlarına üz tutur.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
Nəşrin məlumatına görə, hazırda Avropada qaz anbarı ehtiyatları tükənmək üzrədir. Müəlliflər qeyd edirlər ki, LNG sahibləri bu vəziyyətdən istifadə edərək yüklərini daha yüksək gəlirlə sata bilərlər.
ICIS analitik şirkətinin məlumatına görə, son bir ayda ən azı yeddi LNG tankeri kursunu dəyişib. Onlar 500 min tona yaxın qaz nəql edirdilər. Şirkət məlumatlarına görə, altı gəmi Ümid burnuna və Asiyaya çatmalı idi, başqa bir tanker isə Kolumbiyaya gedirdi.
Bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin Avropa İttifaqına irimiqyaslı enerji tədarükünə zəmanət verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, saziş bağlanarsa, Vaşinqton bütün şərtlərini yerinə yetirəcək.
Turan İSMAYIL