Ermənistanda keçmiş komitə sədri SAXLANILDI

Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri (red.- 2011-2018), Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.
Redaktor.az bu barədə aysor.am-a istinadən xəbər verir.
Ona çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, Arman Saakyan Ermənistan parlamentinin keçmiş sədri Qalust Saakyanın oğludur.