Qəzza zolağında su təchizatı vəziyyəti KRİTİKDİR
Qəzza zolağında su təchizatı vəziyyəti kritik olaraq qalır, çünki İsrailin 15 aydır davam edən hərbi əməliyyatları nəticəsində anklavdakı su təchizatı və kanalizasiya qurğularının əksəriyyəti zədələnib.
Redaktor.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“İsrailin Qəzzada apardığı 15 aylıq müharibədən sonra, Fələstin anklavında infrastrukturun böyük əksəriyyəti məhv edildikdən sonra su təchizatı kritik səviyyədə qalır. Həmçinin döyüşlər zamanı su infrastrukturunun 70%-i məhv edilib", - məlumatda bildirilir.
Su təsərrüfatı idarəsindən bildirilib ki, bir çox obyektlər, o cümlədən tullantı sularının təmizlənməsi və duzsuzlaşdırılması qurğuları, nasos stansiyaları, quyular, su çənləri və magistral su xətləri kompleks reabilitasiya tələb edir.
Türkan İSGƏNDƏRLİ