Tatarıstana PUA hücumu oldu: Moskvanın iki aeroportu fəaliyyətini DAYANDIRDI

 09:55 24.01.2025     138

Tatarıstanda pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə rayon sakinlərinə evdə qalmaları və pəncərələrə yaxın getməmələri tövsiyə olunub.

Samara vilayətinin sakinləri də oxşar xəbərdarlıqlar alıblar. Bundan əlavə, dronlar Saratov vilayətinə hücum edib. Hadisə şahidləri partlayış səsləri eşitdiklərini bildiriblər.

Qeyd edilən bölgələrdə hava hücumundan müdafiə sistemlərinin işlədiyi qeyd edilib.

"Rosaviasia" isə Domodedovo və Jukovski hava limanlarının müvəqqəti olaraq reysləri qəbul etmədiyini və fəaliyyətlərini dayandırdığını vurğulayıb (APA).