Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir - Baş nazir
Yaponiyanın Baş naziri Şigeru İşiba bir daha təsdiqləyib ki, ikitərəfli münasibətlərdəki mövcud çətinliklərə baxmayaraq, Tokio ərazi probleminin həllinə və Rusiya ilə sülh müqaviləsi bağlamağa sadiqdir.
Redaktor.az xəbər verir ki, bu barədə hökumət başçısı parlamentdə çıxışı zamanı bildirib.
"Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində kursunu davam etdirəcək", - İşiba deyib.
Ötən əsrin ortalarından Moskva və Tokio İkinci Dünya Müharibəsindən sonra sülh sazişinin hazırlanması üçün danışıqlar aparır. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılıqları olaraq qalır.
Tokionun Ukraynadakı vəziyyətlə bağlı anti-Rusiya sanksiyaları tətbiq etməsindən sonra Rusiya sülh müqaviləsi məsələsində Yaponiya ilə məsləhətləşmələri dayandırıb.
Türkan İSGƏNDƏRLİ