Panama Trampın müharibə edəcəyindən qorxur

 11:31 24.01.2025     92

Panama hakimiyyəti ölkənin hücumu dəf edəcək ordusu olmadığı üçün ABŞ Prezidenti Donald Trampın Panama kanalına nəzarəti bərpa etmək üçün güc tətbiq etmək istəyəcəyindən qorxmağa başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) mənbələrə istinadla məlumat yayıb.

“Biz Trampın Panama kanalını ABŞ-yə ilhaq etmək planlarından narahatıq. Güman edirik ki, Tramp istədiyini almasa, ondan bir növ qisas alacaq. Baxaq görək danışıqlar masasında nələr ola bilər”, - nəşr anonimlik şərti ilə Panama rəsmilərinin sözlərini yazır.

Qeyd olunur ki, Panama hakimiyyəti ölkənin ordusunun ciddi döyüş təcrübəsinin olmasından xüsusilə narahatdır.

Daha əvvəl məlum olmuşdu ki, ABŞ dövlət katibi Marko Rubio gələn həftə Trampın Panama kanalını Vaşinqtonun nəzarətinə qaytarmaq niyyəti ilə bağlı bəyanatları fonunda Panamaya səfər edəcək. Bu, Dövlət Departamentinin yeni rəhbərinin vəzifəyə gəldikdən sonra ilk xarici səfəri olacaq.

Türkan İSGƏNDƏRLİ