İctimai nəqliyyata kiberhücum oldu, kartla ödəniş terminalları deaktiv edildi - VİDEO
Tbilisinin ictimai nəqliyyatına kiberhücum olub.
Redaktor.az xəbər verir ki, səhər saatlarında ictimai nəqliyyat vasitələrinə quraşdırılmış kartla ödəniş terminalları etirazçıların hakimiyyət və Rusiya əleyhinə şüarlarını, Gürcüstan himnini səsləndirməyə başlayıb.
Kiberhücumla əlaqədar sərnişin ödəniş sistemi şəhər meriyası tərəfindən müvəqqəti deaktiv edilib. Qeyd olunub ki, ictimai nəqliyyatda quraşdırılmış avadanlıqlara texniki dəstək “Bank of Georgia”nın podratçı şirkətləri olan “MS+” MMC və “Azri” MMC tərəfindən göstərilir və sözügedən şirkətlərin nümayəndələri problemlə əlaqədar operativ şəkildə işə başlayıb. Bu müddətdə ictimai nəqliyyatın sərnişinlərə ödənişsiz xidmət göstərəcəyi qeyd edilib (APA).