Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı ARTDI
Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" xizək kurortunda yerləşən "Grand Kartal" hotelində baş verən və 78 insanın həyatına son qoyan yanğınla bağlı saxlanılanların sayı artıb.
Bu barədə Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, hadisə ilə bağlı istintaq çərçivəsində daha 2 nəfər barəsində həbs-qətimkan tədbiri çıxarılıb və bununla da saxlanılanların sayı 14-ə çatıb.
Xatırladaq ki, yanvarın 21-də Türkiyənin Bolu vilayətində əsas xizək kurortlarından biri olan "Kartalkaya"da yerləşən 12 mərtəbəli "Grand Kartal" hotelində yanğın baş verib. Yanğında 78 nəfər ölüb və həyatını itirənlərdən 36-sı uşaqdır. Hadisə ilə bağlı daha əvvəl 12 nəfər saxlanılmışdı.