Qəzzada atəşkəsdən sonra ilk Cümə namazı QILINDI

 19:51 24.01.2025     96

Qəzza zolağında fələstinlilər, İsrail ilə HƏMAS arasında 19 yanvarda əldə edilən atəşkəsdən sonra ilk Cümə namazını qıldılar.

Redaktor.az xəbər verir ki, atəşkəsdən sonra Qəzzada yaşayanlar, Cümə namazı üçün məscidlərə və  namaz qılınan ərazilərə axın etdilər.

Bəzi fələstinlilər, İsrail hücumları nəticəsində dağıdılmış məscidlərin qalıqları üzərində Cümə namazını qıldılar.

Demək olar ki, Qəzzada sağlam məscid qalmadığı üçün, bir qisim insanlar namazlarını stadionlarda və ya küçələrdə icra etdilər.

Kənan YUSİF