Qəzzalılar evlərinin dağıntıları üzərində çadırlar qurdu

 19:58 24.01.2025     104

HƏMAS ilə İsrail arasında 19 yanvarda elan edilən atəşkəsdən sonra Cibaliyyə Qaçqınlar Düşərgəsindəki böyük dağıntıya baxmayaraq, fələstinlilər yıxılan evlərinin olduğu ərazilərə qayıdaraq yeni bir həyat qurmağa çalışırlar.

Redaktor.az xəbər verir ki, fələstinlilər atəşkəsdən dərhal sonra Qəzza Zolağının şimalındakı məhəllələrə dönərək çadırlar qurdular və atəşkəsin ilk gecəsini düşərgənin mərkəzində keçirdilər.

Geri dönənlərin açıqlamalarına əsasən, fələstinlilərin sürətlə yurdlarından edildikləri yerlərə qayıtması, Fələstinin simvolu sayılan "geri dönüş haqqı" və qaçqın məsələsinə bağlılıq simvoludur.

Qeyd edək ki, İsrail ordusu 5 oktyabr 2024-cü ildə Qəzza Zolağının şimalında başlatdığı genişmiqyaslı hücumlarla üç ay ərzində düşərgədəki bütün evləri dağıdaraq infrastrukturun tamamilə məhv olmasına səbəb olub.

Kənan YUSİF