Cənubi Koreya Prezidentinin həbs müddətinin uzadılması tələbi rədd EDİLDİ
Cənubi Koreya məhkəməsi, 3 dekabr 2024-cü ildə tətbiq olunan fövqəladə vəziyyətlə bağlı aparılan istintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılan və 19 yanvarda həbs olunan sabiq Prezident Yoon Suk Yeol-un həbs müddətinin uzadılması tələbini rədd edib.
Redaktor.az xəbər verir ki, "Yonhap" xəbər agentliyinin məlumatına görə, Seul Mərkəzi Rayon Məhkəməsi prokurorluğun bu istiqamətdə verdiyi tələbə dair qərarını açıqlayıb.
Məhkəmə, istintaqın davam etdirilməsi üçün əsaslı bir səbəbin olmadığına istinad edərək Yoon-un həbs müddətinin 6 fevrala qədər uzadılması tələbini rədd edib. Tələbin rədd edilməsi ilə prokurorluğun Yoon Suk Yeol-u dindirmək üçün vaxtı daha da məhdudlaşıb.
Qeyd edək ki, Yoon, Korrupsiya İstintaq İdarəsinin (CIO) çağırışlarını rədd edərək ifadə verməkdən imtina etmişdi.
Sözügedən istintaqı aparan CIO dünən iddianamə hazırlığı üçün sənədləri prokurorluğa təqdim edib.
Kənan YUSİF