Türkiyədə otel yanğını ilə bağlı 8 nəfərə həbs tələbi irəli SÜRÜLDÜ
Türkiyədə Bolu şəhərinin Kartalkayada yerləşən "Grand Kartal Otel"ində baş verən və 78 nəfərin həyatını itirməsi ilə nəticələnən yanğın faciəsi ilə əlaqədar 8 nəfər barəsində həbs tələbi irəli sürülüb.
Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı saxlanılan 14 nəfərdən 9-u ifadələrinin alınmasından sonra məhkəməyə göndərilib.
Son olaraq, iş təhlükəsizliyi üzrə mütəxəssis Ece Kayacan da dindirilməsinin ardından Bolu Ədliyyəsinə gətirilib. Bununla da şübhəlilərin sayı 10-a yüksəlib.
Prokurorluq, şübhəlilərdən 8-nin, o cümlədən otel sahibi Halit Ergülün də daxil olduğu şəxslərin həbs olunması üçün növbətçi Sulh Cəza Hakimliyinə müraciət edib.
Kənan YUSİF