Ukrayna Silahlı Qüvvələri Belqorod bölgəsində iki yaşayış məntəqəsinə hücum etdi

 23:17 24.01.2025     89

Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod bölgəsinin Yasnye Zori və Otradnoye kəndlərinə hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edib.

Redaktor.az xəbər verir ki, bölgə qubernatoru Vyaçeslav Qladkov bu barədə Telegram kanalında məlumat verib.

"Ukrayna Silahlı Qüvvələrinə aid olan pilotsuz uçuş aparatları Belqorod bölgəsindəki iki yaşayış məntəqəsini hədəf alıb. Heç bir insan tələfatı olmayıb", - deyə Qladkov yazıb.

Kəndlərdən Yasnye Zori-də "FPV" dronunun hücumu nəticəsində evlərdə pəncərələr qırılıb və bir yaşayış binasının damı zədələnib. Başqa bir pilotsuz aparat isə Otradnoye kəndinə hücum edib. Nəticədə şəxsi ev, avtomobil və ticarət obyektinə zərər dəyib. Qubernator əlavə edib ki, elektrik xəttinə də ziyan dəyib. Bir küçə müvəqqəti olaraq işıqsız qalıb. 

Qubernator hücumların nnəticələri ilə bağlı məlumatların araşdırıldığını bildirib. 

Kənan YUSİF