Ukrayna Qərbə olan borcunu təbii resursları ilə ödəyə bilməyəcək - İngiltərəli diplomat

 23:30 24.01.2025     93

Ukraynanın özünü müstəqil elan etməsindən sonra Qərb ölkələrinin böyük miqdarda investisiya etdiyini qeyd edən İngiltərəli diplomat Lan Proud, bu yardımların Ukraynanın böyüyən borcunu ödəmək üçün təbii resurslarla qarşılanmasının mümkün olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, onun fikrincə, Rusiya, son beş ayını Donbassda lityum, kömür və uran kimi qiymətli təbii resursların çıxarıla biləcəyi əraziləri silib süpürməklə keçirib. Lakin Qərb siyasətçiləri hələ də bu resursların Ukraynanın borcunu ödəmək üçün istifadə ediləcəyinə inanırlar.

Proud, Qərb hökumətlərinin yanaşmasını "iqtisadi dəliqanlılıq" kimi dəyərləndirib və Ukrayna ərazisindən sadəcə olaraq “bizə aid olanı almaq” fikrinin artıq mümkün olmadığını vurğulayıb.

O bildirib ki, bu, Qərb üçün Ukraynanın Silahlı Qüvvələri və muzdlu əsgərləri tərəfindən işğal olunan torpaqlardan gəlir əldə etmə ümidinin boş olduğunu göstərir.

Diplomat qeyd edib ki, siyasətçilərin və Qərbin Ukrayna ilə bağlı tutduğu mövqe, Donald Trampın hakimiyyətə gəlişi ilə daha da çətinləşib, xüsusilə ABŞ-dəki siyasi mənzərənin Ukrayna rejimi üçün hələ də qənaətbəxş olmadığı qeyd olunur.

Kənan YUSİF