Kanye Uest milyarder statusunu geri qaytarır

 23:38 24.01.2025     97

Amerikalı reper Kanye Uest milyarderi statusunu bərpa etdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, "Instagram" sosial şəbəkəsindəki səhifəsində Eton Ventures analitik şirkətinin hesablamalarının nəticələrini paylaşıb.

Şirkət onun sərvətini 2,77 milyard dollar qiymətləndirib. Eyni zamanda ABŞ-nin ən nüfuzlu maliyyə-iqtisadi nəşrlərindən biri, ən zəngin insanların siyahısını tərtib edən "Forbes" hələ rəqəmi yeniləməyib - hələ də reperin sərvətini 400 milyon dollar olaraq qiymətləndirir.

Xatırladaq ki, Kanye Uest 2022-ci ildə onun "Yeezy" şirkətinin "Adidas" ilə ortaqlığı repçinin antisemit ifadələri səbəbindən sona çatdıqdan sonra milyarder statusunu itirib.

O zaman "Forbes" Kanye üçün moda əməkdaşlığının təxminən 1,5 milyard dollar dəyərində olduğunu təxmin edib.

Turan İSMAYIL