Slovakiyada minlərlə insan baş nazirə qarşı etiraza qalxdı - FOTO
Slovakiyada 20-dən çox şəhəri əhatə edən hökumət əleyhinə etirazlar üçün on minlərlə insan küçələrə çıxıb. 35-40 min iştirakçının toplaşdığı Bratislavada etirazçılar "Fitso bəsdir!" şüarları səsləndirir.
Redaktor.az UNN-a istinadla xəbər verir ki, bütün regionlarda vahid mövqe səslənib: “Slovakiya Avropa İttifaqına aiddir”.
İnsanlar ölkənin Rusiya ilə mümkün yaxınlaşmasından narahat olduqlarını bildirir və Baş nazir Robert Fitso və onun hökumətini kəskin tənqid edirlər. Xüsusilə onun etirazları guya dövlət çevrilişinə hazırlıqla əlaqələndirdiyi bəyanatları onları hiddətləndirir.
Cümə axşamı günü 15 min adamın çıxdığı Koşicedə də etirazlar olub.
Bütün şəhərlərdə təşkilatçılar iki həftə əvvəl Ukraynaya Sülh təşəbbüsünün də təşkil etdiyi etirazlarla müqayisədə iştirakçıların sayının xeyli çox olduğunu qeyd ediblər.
Görünür, aktivliyin bu artması baş nazir Robert Fitsonun son açıqlamalarına reaksiyadır.
Nümayişçilər “Bəsdir Fitso”, “Bu hökumətə yox” və “Fitso Rusiyaya” şüarları səsləndiriblər.
Polis bütün şəhərlərdə nümayişlərin təhlükəsizliyinə nəzarət edib.
Xatırladaq ki, yanvarın 3-də 4 minə yaxın insan Slovakiyanın Solice şəhərində toplaşaraq Fitsonun rusiyayönlü siyasətinə etiraz edib.
Turan İSMAYIL