Amerikanın yeni müdafiə naziri KİMDİR?
Pit Heqset ABŞ-ın növbəti müdafiə naziri seçilib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Senatda keçirilən səsvermə zamanı o, minimum səslə bu vəzifəyə təyin olunub. Belə ki, 50 səs lehinə, 50 səs əlehinə olan səsvermədə bərabərliyi vitse-prezident Ceyms Devid Vensin verdiyi son səs pozub.
Bu hadisə ABŞ tarixində ikinci dəfə baş verir. 2017-ci ildə də vitse-prezident Mayk Pens Betsi Devosun təhsil departamentinə təsdiqlənməsi üçün keçirilən səsvermədə bərabərliyi onun xeyrinə dəyişmişdi.
Qeyd edək ki, səsvermə Pentaqonun yeni rəhbərinə qarşı içki aludəçiliyi və qadınlara qarşı aqressiv davranış iddiaları fonunda baş tutub.
44 yaşlı jurnalist Heqset Prinston Universitetini bitirib, daha sonra Milli Qvardiyaya qoşulub, İraq və Əfqanıstanda xidmət edib. Heqset üzərində irqçilərin istifadə etdiyi “Deus Vult” yazısı olan tatuya görə ordudan uzaqlaşdırılan 12 əsgərdən biri olub.
Heqset "Fox News"un siyasi şərhçisi kimi NATO müttəfiqlərini müdafiəyə kifayət qədər xərcləmədiyinə görə tənqid edib və İsraili dəstəkləyib. O, dəfələrlə bəyan edib ki, Çin “ABŞ-ı məğlub etmək üçün xüsusi hazırlanmış” ordu qurur. Amerikanın Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün pil xərcləməsini pisləyir.