Kanakidə yenidən Azərbaycan bayrağı DALĞALANDI

 15:05 25.01.2025     129

Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib.

Redaktor.az xəbər verir ki, konqresdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyaların liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak edib.

Bakı Təşəbbüs Qrupunun nümayəndələrinə konqresdə iştirak üçün viza verilməməsi səbəbindən qurum tədbirə onlayn qatılıb və BTQ-nin rəhbəri Abbas Abbasov video-formatda çıxış edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini xatırladıb.

Kanak xalqı minnətdarlıq əlaməti olaraq Azərbaycan bayrağını yenidən paytaxt Numea şəhərində ucaldıb.

Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son müstəmləkələrinin nümayəndələri tərəfindən yaradılıb. (APA)