Husilər tərəfindən saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir - Antonio Quttereş

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları tərəfindən qanunsuz şəkildə saxlanılan yeddi BMT əməkdaşı dərhal azad edilməlidir.
Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quttereş “X” platformasındakı paylaşımında bildirib.
“Husi üsyançılarının qanunsuz saxladığı 7 BMT əməkdaşının dərhal və qeyd-şərtsiz azad edilməsini, habelə əvvəllər saxlanılan və hələ də tutulmuş şəxslərin azad edilməsini tələb edirəm. BMT personalı və tərəfdaşları, vəzifələrini yerinə yetirərkən hədəf alınmamalı, həbs olunmamalı və ya saxlanılmamalıdır”, - deyə Quttereş paylaşımında vurğulayıb.