Boluda hoteldə baş verən yanğında xəsarət alan 44 nəfər evə BURAXILDI

 17:02 25.01.2025     106

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında xəsarət alan 51 nəfərdən 44-ü evə buraxılıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.

Bildirilib ki, xəstəxanada qalan daha 6 nəfərin müalicəsi davam edir, yaralılardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, yanvarın 21-də baş verən hadisə nəticəsində 78 nəfər həyatını itirib. Aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb, hotel sahibi Halit Ergül və menecer Emir Aras da daxil olmaqla, 9 nəfər həbs edilib.