Hakan Fidan İrana GEDİR
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa rəsmi səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, səfər çərçivəsində nazir Hakan Fidanın yüksəksəviyyəli İraq rəsmiləri ilə görüşləri planlaşdırılır.
Görüşlərdə Türkiyə-İraq ikitərəfli əlaqələrinin gündəmindəki əsas məsələlər və cari regional proseslər müzakirə ediləcək. Hakan Fidanın toplantılarda əsasən Türkiyənin İraqla münasibətlərini inkişaf etdirmək niyyətini vurğulaması, İraqdakı sabitlik və təhlükəsizliyin bölgə üçün əhəmiyyəti, İraq və Suriyadakı yeni hökumətlər arasında konstruktiv dialoq və yaxşı qonşuluq əlaqələrinin bölgə üçün faydaları, terrorla birgə mübarizə kimi məsələlərə diqqət çəkəcəyi gözlənilir.