Belarusda prezident seçkiləri BAŞLADI

Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
Redaktor.az BELTA-ya istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 09.00) başlayıb.
6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub.
Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, Anna Kanopatskaya, Oleq Qaydukeviç, Sergey Sırankov və Aleksandr Xijnyakdır.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.