Melaniya Tramp sənədli film ÇƏKİR
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Ağ Evdəki həyatı haqqında sənədli film hazırlayır.
Redaktor.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Bildirilib ki, ABŞ liderinin həyat yoldaşı baş verən hadisələri lentə alacaq çəkiliş qrupu ilə birlikdə Ağ Evə köçüb.
Qeyd olunur ki, sənədli film üzərində iş 2024-cü ilin noyabrında, Trampın seçki kampaniyasının son mərhələsində başlayıb.
Film bu il amerikalı milyarder Ceff Bezosa məxsus “Amazon Prime” yayım platformasında nümayiş olunacaq.
Nəşr qeyd edir ki, şirkət filmin hüquqları üçün 40 milyon dollar xərcləyib.