Lukaşenko səs verməyə iti ilə gəldi - VİDEO

Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verib.
Redaktor.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, respublika rəhbəri Minskin Mərkəzi Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.
TASS-ın məlumatına görə, Lukaşenko səs verməyə iti ilə gəlib. O, jurnalistlərlə bir neçə kəlmə danışıb, seçki komissiyasının üzvlərinə gül dəstəsi təqdim edib.