Ukrayna müharibəsi bu il başa çata bilər - Lukaşenko DANIŞDI

 17:30 26.01.2025     175

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynada müharibə bu il başa çata bilər.

Redaktor.az xəbər verir ki, Lukaşenko bu barədə Belarusda prezident seçkiləri günü keçirdiyi mətbuat konfransında bildirib.

"Tunelin sonundakı işıq bu il görünəcək" – o deyib.

Lukaşenko əlavə edib ki, kompromisi tapmalı olacaqlar: “Gözlənən odur ki, zaman gələcək ki, xalq harada yaşayacağına və hansı valyutadan istifadə edəcəyinə özü qərar verəcək”.

Lukaşenko qeyd edib ki, bunlar danışıqlar masasında həll olunur.