Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası keçirilir
Gürcüstanın paytaxtı Tbilisi şəhərində parlament binasının yaxınlığında hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.
Redaktor.az xəbər verir ki, Tbilisinin mərkəzində, parlament binasının yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti bağlanıb. Etirazçılar Yeni il bayramları da daxil olmaqla ardıcıl 60-cı dəfə toplaşıblar.
Parlamentdəki etirazçılara Tbilisi Dövlət Universitetinin binasından yürüş edən nümayişçilər də qoşulub.
Eyni zamanda, aksiya Batumidə keçirilir, onun iştirakçıları da təkrar parlament seçkilərinin keçirilməsini və son iki ayda saxlanılan etirazçıların azadlığa buraxılmasını tələb edirlər.