Kamerunda Paul Biya növbəti seçkilərdə namizədliyini açıqladı

 23:35 26.01.2025     218

Kamerun prezidenti Paul Biya 12 oktyabr 2025-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək üçün namizədliyini rəsmən açıqlayıb.

Redaktor.az xəbər verir ki, qərarı Milli Assambleyanın (parlamentin aşağı palatası) spikeri Cibril Kavaye Yeqye elan edib.

Fevralın 13-də Biyanın 92 yaşı tamam olacaq. O, səkkizinci dəfə namizədliyini irəli sürəcək və ölkə müstəqillik qazandıqdan sonra Kamerunun ikinci prezidenti olacaq.

Onun sələfi Amadou Ahidjo 1960-1982-ci illərdə ölkəyə rəhbərlik edib.

Qeyd edək ki, Britaniya kraliçası II Elizabetin ölümündən sonra Biya vəzifədə olan ən yaşlı dövlət başçısı olub.

Hal-hazırda o, dünyada ən uzun ömür sürən ikinci prezidentdir (43 ilə yaxın). Birinci yer Ekvatorial Qvineya lideri, ölkəni 1979-cu ildən idarə edən Teodoro Obianq Nqema Mbasoqoya məxsusdur.

Xatırladaq ki, Kamerun Konstitusiyası dövlət başçısının yaşını və ya vəzifədə olma müddətinin sayını məhdudlaşdırmır. Bir prezidentlik dövrünün müddəti yeddi ildir.

Vumart və Güvən reklamı Vumart Güvən