Əkrəm İmamoğlu ilə bağlı istintaq başladıldı

 13:53 27.01.2025     133

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında istintaq başladılıb.

Redaktor.az “Hürriyət”ə istinadla xəbər verir ki, buna səbəb onun mətbuat konfransında ekspertlərdən biri ilə bağlı çıxışı olub. 

İmamoğlunun ekspertin adını çəkməsinin ədliyyə orqanlarında xidmət edən şəxsə təsir və hədəfə alınma cəhdi olduğu ifadə edilib və bu səbəbdən onun barəsində müvafiq maddələrlə cinayət işinin açıldığı qeyd olunub.