ŞƏT ciddi güc mərkəzidir - Lukaşenko
Belarus Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) gələcəkdə ciddi ağırlıq və güc mərkəzi olacaq bir təşkilat kimi baxır.
Redaktor.az BelTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi, Belarus dövlətinin başçısı seçkilərini müşahidə etmək üzrə ŞƏT missiyasına rəhbərlik edən Nurlan Ermekbayevlə görüşündə deyib.
“Siz bizim Şanxay Əməkdaşlıq Təşkilatındakı mövqeyimizi çox yaxşı başa düşürsünüz: biz hər cür çalışacağıq ki, təşkilat nəinki inkişaf etsin, həm də bu, bizim üçün çox vacibdir. ŞƏT gələcəkdə şübhəsiz ki, ciddi ağırlıq mərkəzi olacaq, demək olar ki, güc mərkəzi olacaq, - deyə dövlət başçısı bildirib.
Turan İSMAYIL