100-dən çox tələbə ZƏHƏRLƏNDİ
Tehranda 101 nəfər tələbə balıq konservindən zəhərlənib.
Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Tehran vilayətinin fövqəladə hallarının sözçüsü Şervin Təbrizi bildirib.
Onun sözlərinə görə, “Fərhəngian” Universitetində zəhərlənən tələbələrinin sayı 101 nəfərə çatıb, onlardan 60 nəfəri xəstəxanaya yerləşdirilib.
Zəhərlənməyə səbəb tuna balığı konservi olub.