Çin və ABŞ dost və tərəfdaş ola bilər - Si Cinpin
Çin Xalq Respublikasının Sədri Si Cinpin Çin və ABŞ-nin tərəfdaş və dost ola biləcəyini bildirib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Si Cinpin iki ölkə arasında geniş ortaq maraqlar və əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb:
"Çin və ABŞ qarşılıqlı uğur əldə edə, hər iki xalqın rifahı üçün tərəfdaş və dost ola bilər", - deyə qeyd edib.
O, həmçinin 40 il əvvəl ABŞ-nin Ayova ştatına səfərini xatırladaraq, amerikalıların isti qarşılamasını hələ də xatırladığını deyib.
Bundan əvvəl Çin səfirliyi ABŞ-ın əlavə rüsum tətbiq etmək hədələrini şərh etmiş və Çin Prezidenti Donald Trampın ölkəni ABŞ-a fentanil tədarükünü dəstəkləməkdə ittiham etməsinin əsassız olduğunu bildirmişdi.
Eyni zamanda, Çin ABŞ-ı dünya üzrə fəaliyyət göstərən bioloji laboratoriyalarının məlumatlarını açıqlamağa çağırıb.
Kənan YUSİF