"Yolun sonu göründü" - Ərdoğan

 09:00 28.01.2025     187

“İllərdir ölkəmizdə gəncləri aldadaraq və ya zorla sıralarına qoşan terrorçular üçün yolun sonu göründü”.

Redaktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Qırx ildir ölkəmizin qanını içən terror xəstəliyinə qarşı mübarizəmiz davam edir. Bu ölkənin gənclərini aldadaraq və zorla dağa qaçıran terror baronları üçün yolun sonu göründü. Terrorsuz Türkiyə hədəfimizə addım-addım yaxınlaşırıq. İşıqlı gələcəyimizi birlikdə quracağıq”, - deyə Türkiyə lideri bildirib.