İndoneziyada Semeru vulkanı PÜSKÜRDÜ

 18:12 28.01.2025     225

İndoneziyanın Cava Adasının şərqində yerləşən, 3 min 676 metr hündürlüyündəki Semeru vulkanında partlayış baş verib.

Redaktor.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Malanq və Lumacanq bölgələrinin sərhədində yerləşən vulkan yerli vaxtla saat 06:21-də püskürüb.

Semeru Vulkanı Müşahidə Stansiyasının rəsmisi Siqit Rian Alfian bildirib ki, püskürmə nəticəsində kül buludu dəniz səviyyəsindən 4 min 776 metr yüksəkliyə çatıb.

Rəsmi, bölgə sakinlərinə təhlükəsiz ərazilərə keçmək barədə xəbərdarlıq edərək vulkanın püskürməsi zamanı ətrafa daş parçalarının sıçraya biləcəyini qeyd edib.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən