Tesla Avropa İttifaqına qarşı məhkəmə iddiası qaldırır
Tesla, Avropa İttifaqının (Aİ) Çin istehsalı elektrikli avtomobillərə əlavə gömrük rüsumu tətbiq etməsi qərarına qarşı hüquqi prosesə başlayıb.
Redaktor.az xəbər verir ki, Avropa Ədalət Məhkəməsinin Lüksemburqda yerləşən qeydiyyatına əsasən, Tesla Aİ Komissiyasının Çin istehsalı elektrikli avtomobillərə qoyulan tariflərinə qarşı rəsmi etiraz müraciəti edib.
Beləliklə, çinli istehsalçılar BYD, Geely, SAIC və BMW-dən sonra Tesla da Aİ-nin qiymətləribə qarşı hüquqi mübarizəyə qoşulan şirkətlər siyahısına daxil olub.
Tesla, Çin fabriklərində istehsal etdiyi avtomobilləri Avropa bazarına ixrac edir. Aİ-nin qərarına əsasən Tesla-ya da, digər şirkətlərə tətbiq ediləndən az olsa da, əlavə gömrük rüsumu tətbiq edilir.
Kənan YUSİF