"Zelenski qeyri-legitimdir və sənədləri imzalaya bilməz" - Putin

 22:25 28.01.2025     153

Volodimir Zelenski indi qeyri-legitim liderdir və Rusiya Federasiyası ilə danışıqlara qoyduğu qadağanı aradan qaldıra bilməz, amma istəsə, bunun yolları var.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin VGTRK jurnalisti Zarubinə bildirib.

Rusiya lideri qeyd edib ki, hər kəslə danışıqlar aparıla bilər, lakin Zelenski qeyri-legitimliyinə görə heç nə imzalaya bilmir.

Putin Ukraynanın suverenliyini “sıfır” kimi qiymətləndirib.

Turan İSMAYIL