Hitlerin “sarı qovluğundan” sənədlər Rusiyada ilk dəfə nəşr olundu

 22:39 28.01.2025     171

Rusiya Hərbi Tarixi Cəmiyyəti (RMHS) Adolf Hitlerin “sarı qovluğundan” ilk dəfə rus dilinə tərcümə edilmiş sənədləri təqdim edib.

Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Hərbi Tarixi Cəmiyyətinin dəyirmi masasında məlumat verilib.

Həmin sənədlərin məzmununu Digital History tədqiqat fondunun direktoru Yeqor Yakovlev açıqlayıb.

“1941-ci il mayın 2-də Hitlerin dövlət katiblərinin görüşü baş tutanda, ondan bir sənəd – memorandum qalmışdı, bu memorandumda deyilirdi ki, müharibənin üçüncü ilində Wehrmacht üçün bütün təchizat Rusiya hesabına həyata keçirilməlidir", - o deyib.

Yakovlev əlavə edib ki, bu hərəkətlər SSRİ ərazisində kütləvi aclığa gətirib çıxaracaq və bu, milyonlarla insanın ölümü ilə nəticələnəcəkdi.

Qeyd edək ki, bu yaxınlarda internetdə nasist lideri Adolf Hitlerin sevgilisi ola biləcək ingilis qadın Unity Mitfordun gündəliyindən çıxarışlar yayılıb. Mətnləri Britaniyanın “The Daily Mail” qəzeti dərc edib. Məşuqənin alman diktatorunu bütləşdirdiyi qeyd olunur.

Turan İSMAYIL