Trampdan daha bir qadağa
ABŞ-də 19 yaşına çatmayan şəxslərin cinsiyyəti dəyişdirməklə bağlı əməliyyat olunması qadağan edilib.
Redaktor.az Ağ Evə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb.
Sənədə əsasən, cinsi hormon blokatorlarından istifadə də qadağan olunub.
Qeyd olunub ki, burada “uşaq” və yaxud “uşaqlar” termini 19 yaşına qədər olan şəxsləri nəzərdə tutulur.
Xatırladaq ki, Donald Tramp andiçmə mərasimi zamanı bildirmişdi ki, onun administrasiyası öz fəaliyyəti dövründə ölkədə yalnız iki - kişi və qadın cinsinin tanındığı siyasət yürüdəcək.