Gürcüstan XİN başçısı Ermənistana səfər EDƏCƏK
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 30-da Ermənistana rəsmi səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, xarici siyasət idarəsində ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüş baş tutacaq.
Danışıqlardan sonra Mirzoyan və Boçorişvilinin birgə mətbuat konfransı keçiriləcək.