Tramp Suriyadan qoşunları çıxarmaq niyyətindədir - İsrail mediası
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Suriyada yerləşən Amerika qoşunlarını geri çəkməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, KAN-ın xəbərində, bu barədə İsrail hökumətinə məlumat verildiyi və qərarın İsraildə narahatlıq yaratdığı bildirilib.
Məlumatda, ABŞ-nin mümkün geriçəkilməsinin PKK/YPG-yə də təsir edəcəyi vurğulanıb.
Qeyd edək ki, ABŞ rəsmiləri daha əvvəl Suriyada 900 əsgərin olduğunu açıqlamış, lakin dekabr ayında bu rəqəm Pentaqon tərəfindən 2 minə yenilənmişdi.
Kənan YUSİF