Fələstin Trampın köməyi ilə Qəzzanı bərpa etmək İSTƏYİR
Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafa ABŞ və Səudiyyə Ərəbistanının (SA) köməyi ilə Qəzza zolağının yenidən qurulmasına söz verib.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb .
Bildirilir ki, İsraillə radikal Fələstinin HƏMAS hərəkatı arasında müharibə rəsmən başa çatdıqdan sonra Qəzzaya kimin nəzarət edib bərpa edəcəyi atəşkəs prosesində müzakirə olunan məsələlərdən biridir və Fələstin Administrasiyası dialoqda iştirak edir.
Baş nazirin sözlərinə görə, Qəzzanın yenidən qurulması yeni regional nizam üçün zəmin yaradacaq, çünki bu, ABŞ və Amerika lideri Donald Trampın çoxdankı hədəfi olan İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin normallaşdırılmasını və Həmas və digər İranın təsirini zəiflədəcək.
Türkan İSGƏNDƏRLİ