Fəlakətdə sağ qalanlar xəstəxanalara aparılmayıb

 10:31 30.01.2025     103

Kolumbiya dairəsi yaxınlığındakı üç xəstəxana Amerika paytaxtının səmasında qəzaya uğrayan təyyarədən sağ çıxan xəstələri hələ də qəbul etmədiklərini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Bildirilir ki, xəstəxana sözçüləri toqquşmadan sonra heç bir xəstənin gəlmədiyini açıqlayıblar.

Həkimlərin fəlakət qurbanlarını müalicə etməyə hazır olduqlarını qeyd ediblər, eyni zamanda hələ bir nəfər də sağ qalanı qəbul etmədiklərini təsdiq etdilər.

Türkan İSGƏNDƏRLİ