Rusiyada elektrik qatarının partladılmasının qarşısı alındı
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Kavminvodıda Mərkəzi Asiyadan gələn qonaq - beynəlxalq terror təşkilatının tərəfdarı tərəfindən həyata keçirilməsi planlaşdırılan elektrik qatarının partladılmasının qarşısını alıblar.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
“Rusiya FTX-si Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatına üzv olan və ona beyət andı içmiş, Stavropol diyarında terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya dövlətlərindən birinin vətəndaşını saxlayıb”, – mərkəzdən bildirilib.
"Hücum edən şəxs Kislovodskdan Mineralnıye Vodıya gedən sərnişin qatarını uzaqdan partlatmaq niyyətində idi", - FTX qeyd edib. O, ərazinin kəşfiyyatını aparmağa nail olub və partlayıcı qurğunun hazırlanması üçün lazım olan komponentləri əldə edib. Terror aktından sonra o, beynəlxalq terror təşkilatının sıralarına qoşulmaq üçün Suriyaya getməyi planlaşdırıb.
Saxlanılan şəxsin Yessentukidə yaşadığı yerdə əldəqayırma partlayıcı qurğunun yığılması üçün komponentlər, kimyəvi maddələr və vurucu elementlər götürülüb.
Bu fakt əsasında Federal Təhlükəsizlik Xidmətinin istintaq bölməsi cinayət işi açıb.
Turan İSMAYIL