Milyarder “Nobel”ə namizəd oldu
“SpaceX” və “Tesla” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask “Nobel” sülh mükafatına namizəd olub.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, Avropa Parlamentinin sloveniyalı üzvü Branko Qrims Maskın mükafata namizədliyini təsdiqləyib.
Qrims bununla bağlı “X” hesabında paylaşım edib: “İlon Maskın təməl insan hüququ olan söz azadlığına və sülhə ardıcıl dəstəyinə görə 2025-ci il “Nobel” sülh mükafatını alması təklifi bu gün uğurla irəli sürüldü. Bu çətin layihədə əməyi olan hər kəsə təşəkkür edirəm”.